sehiyye.info

Kalsium çatışmazlığı barədə. Həkim məsləhəti

Kalsium çatışmazlığı barədə. Həkim məsləhəti
Son zamanlar insanlarda kalsium çatışmazlığı və sümük problemləri tez-tez rast gəlinir. Necə edək ki,orqanizmdə kalsium çatışmazlığı olmasın ?
Bu barədə tanınmış həkim terapevt Sehiyye.infonun suallarını cavablandırdı :
Orqanizmdəki kalsiumun təxminən 99%-i sümüklərdə və dişlərdə olur. Kalsium bir çox mühüm funksiyaları yerinə yetirir. O, sümük toxumasının böyüməsi, inkişafı və qorunub saxlanması üçün zəruridir. Uşaqlarda sümüklərin düzgün formalaşmasına kömək edir, böyüklərdə isə sümük möhkəmliyinin qorunub saxlanmasını təmin edir.
Kalsium (Ca) atom nömrəsi 20 olan kimyəvi elementdir. Yumşaq boz metaldır və Yer qabığında ən çox yayılmış beşinci elementdir. Kalsium canlı orqanizmlərdə bir çox fizioloji proseslərdə həlledici rol oynayır və insan orqanizmində ən bol olan mineraldır. Kalsium sümüklərin və dişlərin struktur bütövlüyü üçün vacibdir və onu skelet sağlamlığı üçün kritik bir komponent halına gətirir.

Kalsium çatışmazlığı barədə. Həkim məsləhəti

Həkim qeyd etdi ki, kalsium insan həyatı üçün çox dəyərli və vacib maddədir.

Kalsium çatışmazlığı hansı fəsadlar verir ?
Uzunmüddətli kalsium çatışmazlığı müxtəlif problemlərə səbəb ola bilər. Simptomlara əzələ krampları, iştahsızlıq, udma çətinliyi, huşunu itirmə və kövrək dırnaqlar daxildir.

Kalsium çatışmazlığının digər əlamətləri:

yaddaş problemləri

sümük zədələnməsi

ürək ritminin pozulması

qan təzyiqi problemləri

zəiflik

barmaqlarda uyuşma

dişlərin zəifləməsi

narahatlıq

uşaqlarda sümük inkişafının pozulması

osteoporoz

osteopeniya (sümük sıxlığının azalması)

hipokalsemiya (qanda kalsiumun aşağı olması)
Orqanizmdə kalsium azlığının səbəbi nədir?

• Kalsiumlu qidaların az istifadə olunması
• D vitamini az olan qidalar
• Böyrəklərdə baş verən xroniki xəstəliklər
• Maqnezium çatışmazlığı
• Xərçəng və kortizon tərkibli dərmanlar istifadə etmək

Kalsiumlu qidalar

Çiy süd 1 stəkan: 300 mq. Ümumiyyətlə, çiy süd və tərəvəzlərdə çoxlu kalsium var.

Badam 1 ovuc: 76 mq. Lobya, mərci və bütün paxlalılar kalsium mənbəyidir. Kələm, ispanaq və pazıda da kalsium olur. Südün mayalanmasından əldə edilən kefir və qatıq 1 kasa - 300 mq. Kefir yüksək kalorili qida məhsuludur.

Nərminə Abbasova bildirdi ki, kalsiumum müxtəlif qidalardan əldə etmək olar :
qatıq
yumurta
süd
sardina, qızılbalıq
pendir
tərəvəzlər (brokoli, kələm)
təzə meyvə şirələri
qoz-fındıq (badam, fındıq)
soya südü
toxumlar (küncüt, çia)
paxlalılar
dənli bitkilər
qarğıdalı unu və qarğıdalı çörəyi



REKLAM