sehiyye.info

Əməkdar həkim vəfat etdi

Əməkdar həkim vəfat etdi
Əməkdar həkim, tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib.

Sehiyye.info xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb.

Bildirilib ki, o, əmək fəaliyyətinə 1972-ci ildə Naxçıvanda başlayıb. 1973-cü ildə Naxçıvan Respublika Vərəm Əleyhinə Dispanserinin baş həkimi, 1986-cı ildə Naxçıvan şəhər Səhiyyə şöbəsinin müdiri, 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi-təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.

1993-cü ildə Bakı şəhər Mərkəzi Vərəm Dispanserinin baş həkimi vəzifəsinə təyin olunub. Sonrakı illərdə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Vərəm Əleyhinə Dispanserə rəhbərlik edib. 2024-cü ilin sonunda Ağciyər Xəstəlikləri Mərkəzinin strukturunun formalaşdırılmasından sonra fəaliyyətini Mərkəzin tabeliyində olan 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi kimi davam etdirib.

2015-ci ildə “Əməkdar həkim” fəxri adına layiq görülüb.//qafqazinfo



REKLAM