sehiyye.info

Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?

Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib.

Sehiyye.info xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 31 min insan cəlb edilib. İştirakçılar gün ərzində ilk və sonuncu dəfə nə vaxt qida qəbul etdiklərini özləri bildiriblər. Daha sonra alimlər 9 il ərzində iştirakçıları izləyərək ölüm hallarını və onların yemək vaxtlarını qeydə alıblar.

Məlum olub ki, ilk yeməyini saat 07:00-dan əvvəl və ya 08:00-dan sonra yeyən insanlar ilk qida qəbulunu 07:00-08:00 aralığında edənlərlə müqayisədə daha qısa ömür sürüblər. Saat 08:00-dan sonra ilk yeməyin hər bir saat gecikməsi müşahidə dövründə istənilən səbəbdən ölüm riskinin 3%, ürək-damar xəstəliklərindən ölüm riskinin isə 5% artması ilə əlaqələndirilib.//qaynarinfo



REKLAM