sehiyye.info

Məktəb ləvazimatı alarkən diqqətli olun: Uşaqlarınızı zəhərlənmə riskindən qoruyun

Məktəb ləvazimatı alarkən diqqətli olun: Uşaqlarınızı zəhərlənmə riskindən qoruyun
Dərslərin başlamasına az bir vaxt qaldığı üçün valideynlər övladlarına məktəb ləvazimatları almağa tələsir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bazarlıq zamanı yalnız ucuz qiymətə və xarici görünüşə aldanmaq ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Sehiyye.info xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məktəb mövsümü dövründə bazarda saxta məhsulların çoxalması barədə valideynlərə mühüm tövsiyələr verib.

Eyyub Hüseynovun sözlərinə görə, məhsul alarkən diqqətli olmaq vacibdir:

Qoxu və rəng: Əgər çantadan kəskin qoxu gəlirsə, onu almayın. Həmçinin, çantanın üzərinə nəm tənzif sürtməklə rəng verib-vermədiyini yoxlayın; boya çıxırsa, həmin məhsul təhlükəlidir.
Kitab və dəftərlər: Kserokopiya olunan vəsaitlərdə istifadə olunan keyfiyyətsiz boyalarda ağır metallar ola bilər. Bu maddələr uşağın əlləri vasitəsilə orqanizmə daxil olaraq zəhərlənməyə səbəb olur.
Ekspert qeyd edib ki, valideynlər aldıqları hər bir məhsul üçün kassa çeki tələb etməlidirlər. Bu çek malın geri qaytarılması və ya dəyişdirilməsi üçün əsas sənəddir. Hər hansı qanunsuzluqla qarşılaşdıqda isə 012 599 76 00 nömrəsi vasitəsilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etmək olar.//paralel



REKLAM