Onkologiya Mərkəzi “Azəri Med”dən - 50 milyonluq avadanlıq alır

Milli Onkologiya Mərkəzi (VÖEN: 1300597461) tibbi, digər avadanlıq və inventarların satın alınması tenderi yekunlaşdırıb.
Sehiyye.info xəbər verir ki, tenderin qalibi “Azəri Med” MMC olub. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 50 milyon 320 min manat təşkil edib.
Qeyd edək ki, “Azəri Med” MMC 2004-cü ildə yaradılıb. Nizamnamə kapitalı 8 milyon 255,5 min manat olan şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.
Bəzi mediada və ictimaiyyətdə yayılan məlumatlarda isə “Azəri Med” QSC-nin (Azerimed) sahibi kimi Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Kəmaləddin Qafarov göstərilir.
Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov ev.30F hüquqi ünvanında yerləşir.