Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq

Çimərlikdə dadlı şirin qarğıdalı yemək ləzzətlidir. Amma bu vərdişiniz sizi təcili diş həkiminə müraciət etməyə məcbur edə bilər.
Sehiyye.info xəbər verir ki, bunu Rusiyanın məşhur stomatoloqlarından olan Anastasiya Savkina deyib.
O qeyd edib ki, adətən məzuniyyət, istirahət mövsüm bitdikdən sonra diş həkimləri mütəmadi olaraq müştərilərin dişlərini müalicə etməli, plombları bərpa etməli və qapaqları yoxlamalı olurlar.
"Qarğıdalı məsələsinə gəldikdə isə, bu bitkinin özü zərərli deyil. Qarğıdalıda çoxlu lif və vitaminlər var. Lakin onun dənələrini qoparmaq üçün qarğıdalını dişləyən zaman dişlərinizə düşən təzyiq qeyri-bərabər paylanır - əsas güc dişin kiçik bir hissəsinə və ya plombun kənarında cəmlənir", - deyə ekspert izah edib.
Sağlam diş minası üçün bu cür təzyiq əslindı dözümlü sayılır. Lakin həkim tərəfindən bərpa olunmuş nahiyələr üçün risklidir.
"Plombun hazırlandığı material güclü olur amma. Amma onun tərkib və xüsusiyyətləri təbii diş toxumasının xüsusiyyətlərindən fərqlənir və qəfil yarannan təzyiq və gücə fərqli reaksiya verir. Müəyyən hissələrdə mikro çatlar və sonra qırıntılar əmələ gələ bilər", - deyə Savkina xəbərdarlıq edib.
Stomatoloq qeyd edib ki, bu, xüsusilə dişin əhəmiyyətli bir hissəsini əhatə edən böyük plomblara aiddir. Həkim deyir ki, əgər belə böyük plomblar aşınmış haldadır və ya onların kənarlarında boşluq varsa, nəninki odda bişlmiş və ya suda qaynadılmış qarğıdalıya görə, ümumiyyətlə istənilən qidalanma zamanı sadə bir dişləmə belə ciddi fəsadlar aça bilər: "Bu sadə qaydalara əməl etsəniz, qarğıdalı sağlam dişlərə zərər verməyəcək. Sadəcə dənələri lopa şəklindı dişləməyin. Qarğıdalını bıçaqla kəsin və kəsilmiş hissələri çəngələ batırıb yeyin. Bu, dişlərinizi lokal zərbə və təzyiqdən qoruyacaq".
Ən əsasə isə belə məkanlarda qarğıdalı yedikdən sonra gigiyenaya riayət etmək vacibdir. Düzdür, çimərlikdə adi diş fırçası tapa bilməyəcəksiniz, amma ağız yaxalayıcısı, diş ipi və ya irriqator kifayət edir: "Ağızı yaxalama turşuluğu azaldacaq və qarğıdalıya vurulan şəkəri də yuyacaq. Diş ipi isə ilişib qalmış hissəcikləri təmizləyəcək".//publika