"Fəxri həkim" adına layiq görüldü

Ötən gün Media Araşdırma Mərkəzi və Sehiyye.info saytı tərəfindən 17 İyun Səhiyyə İşçilərinin peşə bayramı münasibətilə bir sıra həkim mükafatlandırılıb.
Onlardan biri də tanınmış həkim ginekoloq Şövkət Sadıqovadır.
Şövkət Məmməd qızı Sadıqova 19.11.1956 ci ilde Gence şəhərində anadan olub.
1976- ci ində Azerbaycan Dövlət Tibb Institutunun mualicə-profilaktika fakultəsinə daxil olmuş, 1982 ildə mama -qinekoliq ixtisasina yiyələnmişdir.
1987 - 1991 ci illərdə 20 saylı Şəhər Poliklinikasinda sahə mama-qinekoloqu, 1991- ci ildən 2021- ci ilə qədər isə 5 sayli dogum evində mama-qinekoloq kimi calişmışdır.
2004 cu ildə " Uşaqliq boynunun psevdoeroziyalarinda solkovaqin ve immunomodulyatorlarla kompleks mualicəsi" movzusunda tibb elmləri namizədi dissertasiyani mudafiə etmiş və tibb elmləri namizədi adını almışdır.
1998 ci ildə "Sadixov melhemi" ,"Ziyillerin mualicesi", Azerbaycan Elm ve Texnika Komitəsi tərəfindən patent almişdır.
2021 ildə AvroAsiya patenti "Mastitlerin mualicesi" ...
2021 ci ildən " Orxan məlhəmi" adlanan təbii tərkibli olan məlhəmdən geniş istifade edərək müxtəlif xəstəliklərin müalicəsində cox musbet nəticələr əldə etmişdir.
Uzun müddət işlədiyi dövrdə yüzlərlə anaya övlad bəxş etmişdir. Bu barədə xəstələr və gənc analar tərəfindən saysız-hesabsız rəylər və fikirlər var.
Şövkət Sadıqova 40 ildən artıqdır ki, ginekologiya sahəsində fəaliyyət göstərir. Hazırda onun təcrübəsinə və savadına ehtiyac olduğundan bir neçə özəl klinikada həkim məsləhətçi kimi çalışır.
İşlədiyi dövrlərdə müxtəlif tibbi məqalələr yazmış və ginekoloji xəstəliklərin müalicəsində istifadə olunan reseptlər düzəltmişdir.
Şövkət xanımın fədakar həkimlik fəaliyyətinə görə bu dəfə "Fəxri həkim" adına layiq görülüb.
Şövkət Sadıqova biir necə fəxri fərman və təşəkkürnamələrin sahibidir.
Biz də redaksiya adından həkimi təbrik edir və can sağlığı arzulayırıq.