sehiyye.info

18 aptekdə nöqsanlar aşkar edilib

18 aptekdə nöqsanlar aşkar edilib
May ayında ümumilikdə 56 aptekdə yoxlama aparılıb.
Sehiyye.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 55-i planlı, biri isə plandankənar olub.
“Nəticələrə əsasən, 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.
Aşkarlanmış pozuntularla bağlı Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub”, - məlumatda deyilir.



REKLAM