sehiyye.info

Heç birimiz ağ xalatı adam öldürmək üçün geyinmirik

Heç birimiz ağ xalatı adam öldürmək üçün geyinmirik
Biz HƏKİMik!



Vəzifəmiz canı ağrıyan insanımıza yardım etməkdir!

Bu işi qarşılıqsız etmirik, maaş alırıq. Amma, aldığımız və almadığımız heç bir pul gördüyümüz işin tam qarşılığı deyil! İnanmırsınızsa bunu canı ağrıyan bir yaxınınıza sorun!

Eyni zamanda biz insanıq, aramızda hər cür xasiyyətlisi var, eynilə sizlər kimi. Vicdanı hər şeyin üstündə olanımız da var, vicdanını pula satanımız da; xəstəsindən ötrü hər cür fədakarlıq edənimiz də var, xəstəyə pul mənbəyi kimi baxanımız da; bu sənəti dəli kimi sevənimiz də var, ruhsuz məxluq kimi robotik çalışanımız da; savadlımız, işini haqqı ilə əda edənimiz də var, təəssüf ki, savadsızımız, işini yola ver getsin fikri ilə əda edənimiz də.. istədiyiniz qədər uzada bilərik bunları.. Eynilə sizlər kimi..
AMMA! Əmin olun - heç birimiz səhər əynimizə ağ xalatı "bu gün görək kimi öldürə, şikəst edə bilirik" fikri ilə geyinmirik! Bəli, əsəbləşirik, həyəcanlanırıq, kefimiz pozulur, kobud ola bilirik, amma HƏKİMiksə bunlar tez də keçir.. VƏ! Heç birimiz öldürülməyi, partladılmağı haqq etmirik...

Bu gün çoxumuzun yuxumuz ərşə çəkilib, çoxumuz bəlkə də hər şeyə tüpürüb "gedənlər karvanına" qoşulmağı içimizdən keçiririk.. AMMA! Əmin olun, sabah yenə ən ağır xəstəyə yardıma qaçacağıq. Yenə lazım olsa günlərlə ailəmizdən kənarda pandemiya xəstəxanalarında, səngərlərdə olacağıq. Çünki, həkimlik sadəcə bir peşə deyil, həyat tərzidir!

Və sonda:

HƏKİMin sıralarından çıxdığı XALQa minnət eləmək kimi bir haqqı yoxdur!

HƏKİMin bircə saniyəlik belə tətil eləmək, işini buraxmaq kimi bir haqqı yoxdur!

HƏKİM canı ağrıyan birisinə yardıma qaçandır.. VƏSSALAM!

Ramil Həşimli



REKLAM