1 qəpik belə xərcləmədən gənc görünmək hiyləsi

Qadınlar ev şəraitində gəncləşməyin çox bəsit üsulunu tapıblar. Sosial şəbəkələrdə sürətlə yayılan bu yeni metod qısa zamanda böyük populyarlıq qazanıb.
Sehiyye.info xəbər verir ki, bu barədə "The New York Post" nəşri məlumat yayıb. İnternet fenomenləri heç bir xərc çəkmədən üzü dartmağa və daha gənc görünməyə kömək edən maraqlı üsulu nümayiş etdiriblər. Vizajist Fro Moniz gəncləşmək istəyənlərə gicgah hissədən iki nazik hörüklə saçları hörməyi və onları başın arxa hissəsində bərk bağlamağı məsləhət görüb. Onun sözlərinə görə, bu üsul göz qapaqlarını, qaşları və alnı vizual olaraq dartaraq gənc görünüş bəxş edir.
Bloqer Meddi Heyn isə qeyd edib ki, məşhur aktrisa Enn Heteueyin stilisti də ulduzun görünüşündə bu metodu sınaqdan keçirib. Bloqer aktrisanın "Oskar" mükafatının təqdimetmə gecəsindəki görünüşünə diqqət çəkərək bu üsulun həqiqətən işə yaradığını vurğulayıb.
"Mən görüşə getməzdən əvvəl bu üsulla üzümü dartdım. Sevgilim bunu dərhal hiss etdi. Görünüşümü çox bəyəndiyini və gözəl qaldığımı dedi. Hörüyün nə qədər sıx olmasından asılı olaraq bir neçə dəqiqə sonra baş ağrısı yarana bilər. Lakin bir çoxumuz bu nəticə üçün həmin ağrıya dözməyə hazırdır" – deyə Meddi Heyn bildirib.
Yəni, qadınlar bahalı kosmetik prosedurlar və cərrahi müdaxilələr yerinə, saçın gicgah hissəsində nazik hörüklər düzəldib onları arxada sıx bağlamaqla üzlərini daha dartılmış və gənc göstərirlər.//demokrat