sehiyye.info

TƏBİB BİR NEÇƏ DİREKTORU İŞDƏN AZAD ETDİ

TƏBİB BİR NEÇƏ DİREKTORU İŞDƏN AZAD ETDİ
TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq Əmri ilə müşavirləri - Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu da tutduqları vəzifələrdən azad olunublar. Hələ ki onların yerinə təyinat yoxdur.

Direktorun digər Əmri ilə Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev də işdən çıxarılıb.

Qeyd edək ki, Anar Bayramov aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.



REKLAM