15 yaşlı qız uşaq dünyaya gətirdi - Cinayət işi açıldı

Ucarda yeniyetmə qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb.
Sehiyye.info xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
"Daxil olan məlumata görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir", məlumatda deyilir.