Nizami Tibb Mərkəzində xəstə izdihamı yaşanır.
Bu qədər adamın hamısı (içi mən qarışıq) hazırda Nizami Tibb Mərkəzində travmatologiya otağının qarşısında travmatoloq Taleh Bayramlını gözləyir.
TƏBİB-in islahatlarının nəticəsini (daha doğrusu cəzasını) vətəndaşlar yaşayır.
Əgər mən ehtiyacım olan zaman tibbi xidmətdən istifadə edə bilməyəcəmsə, niyə tibbi sığorta üçün pul ödəyirəm?
Mən pensiya yaşına çatmayacamsa, niyə sosial sığorta ödəyirəm?
Arasdırma.org xəbər verir ki, bu sözləri Tibb Mərkəzində növbədə dayanan xəstələr deyir.
Ümumiyyətlə son zamanlar bütün xəstəxana və poklinikalarda böyük izdiham yaşanır. Millət başdan ayağa xəstədir. Hələ Kardiologiya, Travmatologiya, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzini demirəm. Bu hal çox acınacaqlı və məyusedicidir.
Onsuzda xəstə millətin əsəbləri tarıma çəkilib. Saatlarla növbədə durub daha da pis vəziyyətə düşürlər. Hər 15 dəqiqədən bir sistem donur.
Əslində TƏBİB və ya Səhiyyə Nazirliyi bu hal barədə məlumatlıdırlar. Lakin əlac edə bilmirlər, ya da əlac etmək istəmirlər.
Ümid edirik ki, məsələni nəzarətə götürüb tədbirlər planı hazırlanacaq.