sehiyye.info

Bu qidalar ürək və damar sağlamlığını yaxşılaşdırır

Bu qidalar ürək və damar sağlamlığını yaxşılaşdırır
Ürək və damar sağlamlığını yaxşılaşdırmaq üçün pəhrizinizə hansı qidaların daxil edilməli olduğu açıqlanıb.

Sehiyye.info xəbər verir ki, bu barədə kardioloq Yekaterina Paukova məlumat verib.

“Lif qan xolesterolunu aşağı salmağa kömək etdiyi üçün ürək və damar sağlamlığı üçün faydalıdır. Paxlalı bitkilərdə (noxud, mərcimək, maş paxlası, soya), meyvələrdə (armud, kivi və alma kimi) və Brüssel kələmi, gül kələmi, çuğundur, badımcan, balqabaq və ispanaq kimi tərəvəzlərdə yüksək miqdarda olur. Ürək fəaliyyəti üçün pəhrizinizə kalium və maqneziumla zəngin qidaları daxil etmək vacibdir. Kalium mənbələrinə yarpaqlı göyərtilər, kişmiş və quru ərik kimi quru meyvələr, kartof, avokado, banan və bitki mənşəli süd məhsulları (soya və badam) daxildir. Maqnezium fıstıqda, keşyuda, balqabaq toxumlarında, süddə, qəhvəyi düyüdə, qarabaşaqda və kinoada olur. Həmçinin ürək-damar sistemini gücləndirməyə və qan damarlarında xolesterol lövhələrinin əmələ gəlməsinin qarşısını almağa kömək edən polifenol və antioksidant mənbələridir. Bu maddələr qara qarağatda, qaragilədə, böyürtkəndə, albalıda, ən azı 70 faiz kakao tərkibli tünd şokoladda, əlavə təmiz zeytun yağında və qırmızı soğanda olur”, - deyə həkim əlavə edib.//qafqazinfo



REKLAM