sehiyye.info

Həkimlərdən maraqlı açıqlama: Keçəl kişilər daha enerjili və...

Həkimlərdən maraqlı açıqlama: Keçəl kişilər daha enerjili və...
15 aprel dünyada Keçəl Kişilər Günü kimi qeyd olunur. Bu özəl gündə həkimlər saç tökülməsi ilə yüksək enerji və gümrahlıq arasındakı gözlənilməz əlaqəni üzə çıxarıblar. Məlum olub ki, saçsız kişilərin daha enerjili olmasının iki mühüm biokimyəvi və hormonal səbəbi var.

Sehiyye.info xəbər verir ki, bu barədə terapevt Kristina Radina danışıb.

Həkim "Life.ru"ya açıqlamasında bildirib ki, saç olmayan baş dərisi bəzi vacib elementlərin istehsalında daha effektivdir: “Keçəl baş bədənin kiçik bir hissəsi olsa da, günəş şüalarına daha çox məruz qalır. Bu isə həmin nahiyədə D vitamininin daha intensiv sintezinə şərait yaradır”.

O qeyd edib ki, D vitamini birbaşa dopinq deyil, lakin onun çatışmazlığı insanda xroniki yorğunluq və tez-tez xəstələnməyə səbəb olur. Keçəllik isə bu vitaminin səviyyəsini normada saxlamağa kömək edərək bədənə əlavə güc verir.

Lakin gümrahlığın əsas sirri hormonlardadır. Mütəxəssisin sözlərinə görə, keçəlliyin ən geniş yayılmış növü (androgenik alopesiya) kişi hormonları olan testosteron və dihidrotestosteronun yüksəkliyi ilə birbaşa bağlıdır: “Testosteron enerji, dözümlülük və motivasiya deməkdir. Bu hormonu yüksək olan kişilər adətən fiziki cəhətdən daha aktiv olurlar”.

Beləliklə, keçəl kişilərin daha gümrah görünməsi həm hormonal fondan, həm də buna bağlı olaraq seçdikləri aktiv həyat tərzindən qaynaqlanır.//publika



REKLAM