sehiyye.info

Beyin ölümü keçirmiş 13 donordan 73 orqan və toxuma köçürülüb

Beyin ölümü keçirmiş 13 donordan 73 orqan və toxuma köçürülüb
İndiyədək orqan və toxuma transplantasiyası nəticəsindən 70-dən çox insana yenidən həyat verilib. Beyin ölümü keçirmiş 13 donordan 73 orqan və toxuma transplantasiya edilib.

Xezerxeber.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlayıb.

Ümumilikdə isə beyin ölümü protokolu tərtib olunduqdan bu günə qədər 72 nəfərə bu diaqnoz qoyulub.

Beyin ölümü protokolu tərtib olunan 27 nəfərin orqanları köçürülməyə uyğunsuz olub, 18 nəfərin yaxınları isə imtina edib. Yeganə Abbasova bildirib ki, beyin ölümündən sonra orqanları saxlamaq çox böyük məsuliyyətdir və bu prosesdə reanimatoloqların üzərinə böyük iş düşür.

İdarə Heyətinin sədri bildirib ki, transplantasiyaya olunmuş orqan və toxumalar əməliyyatı icra edən həkim komandası tərəfindən daim nəzarətdə saxlanılır, mütəmadi olaraq qan təhlillərinə baxılır, qəbul olunan immunsupressiv dərmanların dozaları qan təhlillərinə uyğun tənzimlənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



REKLAM