sehiyye.info

Müharibə püstənin qiymətini 8 ilin zirvəsinə qaldırdı

Müharibə püstənin qiymətini 8 ilin zirvəsinə qaldırdı
Yaxın Şərqdə davam edən hərbi gərginlik dünya bazarında püstənin qiymətini son 8 ilin ən yüksək səviyyəsinə çatdırıb.

Sehiyye.info xəbər verir ki, Bloomberg-in yaydığı məlumata görə, İranda müharibə fonunda tədarük zəncirində yaranan problemlər bazarda onsuz da mövcud olan çatışmazlığı daha da dərinləşdirib. Nəticədə püstənin bir funtunun qiyməti 4,7 dollara yüksəlib. Bu da təxminən hər kiloqram üçün 10 dollara bərabərdir.

Məlumata görə, bazardakı gərginlik təkcə son günlərin hadisəsi deyil. Püstə tədarükündə problemlər 2026-cı ilin ilk aylarından müşahidə olunurdu. Buna səbəb kimi həm İrana qarşı sanksiyalar, həm də ölkədə siyasi qeyri-sabitlik göstərilir. Üstəlik, 2025-ci ildə məhsuldarlığın azalması və 2026-cı ilin yanvarında İrandakı iğtişaşların logistikaya vurduğu zərbə vəziyyəti daha da ağırlaşdırıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, İran dünyada püstə istehsalında əsas ölkələrdən biridir. 2025/2026 mövsümü üzrə qlobal püstə istehsalının 8 faiz azalacağı proqnozlaşdırılır və bu azalma əsasən İran, Türkiyə və Suriyadakı geriləmə ilə izah olunur.

Bloomberg-in istinad etdiyi USDA məlumatına görə, İran dünya püstə istehsalının təxminən 20 faizini təmin edir və qlobal ixracda onun payı təxminən üçdə birə yaxındır. Buna görə də İrandakı hər hansı böhran dünya bazarında qiymətlərə birbaşa təsir göstərir.//musavat



REKLAM