Yeni infeksiya təhlükəsi

Dünya Səhiyyə Təşkilatı yenə həyəcan təbili çalır. İngiltərədə Meningekok adlı infeksiya peyda olub. Bu virusun hətta Covid 19-dan daha kəskin olduğu bildirilir.
Deyilənlər nə dərəcədə doğrudur?
Bu bəlaya qarşı vaksin varmı?
Yoxdursa, qorunmaq üçün hansı zəruri tədbirlər görülməlidir?
Azərbaycana təsiri olacaq?
Suallarımıza professor Adil Qeybulla cavab verir:
– Bakteriya insana hava-damcı yolu ilə keçir. Onun çox sayda stereotipləri var ki onlardan beşinə qarşı artıq vaksinasiya mümkündür. Meningekok beynin qişalarını zədələyən bir infeksiyadır.
Adətən bu xəstəlikdən dünyasını dəyişən insanların xəstəlik tarixçəsində beyin qişalarında qan sızmalar, qalınlaşmalar, iltihabi əlamətlər qeyd olunur. Bu infeksiyanın yaratdığı xəstəlik çox ağır keçir. Ölüm halları da yüksəkdir.
Xüsusilə onun bəzi növləri çox təhlükəlidir. Amma dediyim kimi, 5 növünə qarşı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi vaksinlər təklif olunur. Həmin vaksinlər uşaqlar arasında Milli Peyvənd Proqramına daxil edilib.
Əgər uşaqlar vaxtında vaksinasiya olunsalar, meningekokun qorxulu fəsadından yaxa qurtararlar. Təəssüf ki, bəzi ölkələrdə gəlmələr, qeydiyyata düşməyənlər ola bilsin ki, vaksin vurdurmurlar. Bu qism adamlar daşıyıcı olduqları halda infeksiyanı yaya bilərlər.
Ümumiyyətlə, dünyada epidemioloji vəziyyət çox qarışıqdır. Son vaxtlar baş verən hadisələr Avropaya kütləvi miqrant axınına səbəb oldu. Bu da epidemioloji vəziyyətin nəzarətdən çıxmasına da təsir edir.//Sima Babayeva