sehiyye.info

Kolbasa-sosis yediyinə görə orqanını kəsdilər

Kolbasa-sosis yediyinə görə orqanını kəsdilər


Diyarbakırda (Türkiyə ) yaşayan 38 yaşlı şəxsin başına gələnlər tibb dünyasında nadir hadisələrdən biri kimi qeydə alınıb. Üç il əvvəl yoğun bağırsaq xərçəngi diaqnozu qoyulan gənc xəstə uzun müddət davam edən ağır müalicə prosesindən sonra gözlənilməz fəsadla üzləşib. Xərçəngin irəliləməsi nəticəsində xəstənin cinsiyyət orqanında kütlə yaranıb və dözülməz ağrılar səbəbindən həmin üzvün kəsilməsi qərara alınıb.

Tibb ədəbiyyatına görə dünyada indiyədək bu mərhələdə olan cəmi 60 belə hadisə qeydə alınıb. Diqqətçəkən məqam odur ki, bu hallardan 10-u məhz Türkiyədə baş verib. Sonuncu hadisənin ünvanı isə Diyarbakır olub. Xəstənin 10 ay boyunca şiddətli ağrılar səbəbindən yata bilmədiyi, həyat keyfiyyətinin tamamilə itdiyi bildirilir. Həkimlər əməliyyatdan sonra xəstənin üzv itkisi yaşamasına baxmayaraq, ağrılardan qurtulduğu üçün özünü daha yaxşı hiss etdiyini deyirlər.

Ekspertlərin bu acı mənzərənin arxasında dayanan əsas təhlükəyə diqqət çəkir. Ürologiya mütəxəssisi Muhammet Fatih Kılınç xüsusilə işlənmiş, yanmış və həddindən artıq qızardılmış ət istehlakının kolon xərçənginə yol açdığını vurğulayır. Regional qidalanma vərdişlərinin bu xəstəliyin gənc yaşlara qədər düşməsində böyük rol oynadığı qeyd edilir. Həkimlər ailəsində xərçəng keçmişi olan və 40 yaşını keçən hər kəsi mütəmadi yoxlanışdan keçməyə çağırır.



REKLAM