sehiyye.info

Hər kəsi şoka salan əməliyyat: Burnundan görün nə çıxdı

Hər kəsi şoka salan əməliyyat: Burnundan görün nə çıxdı
Moskvada Filatov adına uşaq xəstəxanasının həkimləri 15 yaşlı yeniyetmənin burnunda nadir rast gəlinən və tibb dünyasını heyrətə gətirən "dişli şiş" aşkar ediblər.

Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki, yeniyetmə üz nahiyəsindəki asimmetriya və burnunun daimi tutulması şikayəti ilə xəstəxanaya müraciət edib.

İlkin müayinə zamanı burun boşluğunda diş olduğu müəyyən edilsə də, həkimlərin araşdırması nəticəsində qorxulu mənzərə üzə çıxıb. Məlum olub ki, həmin diş teratoma adlı nadir embrional şişin daxilindədir.

Qeyd edək ki, teratoma daxilində saç, dırnaq, sümük, diş və hətta göz bəbəyi kimi toxumaların ola biləcəyi qeyri-adi şiş növüdür. Fərziyyəyə görə, belə şişlər bəzən inkişafdan qalmış "əkiz parazit" də hesab olunur.

Cərrah-otorinolarinqoloq Vüqar Dostiyevin rəhbərliyi ilə keçirilən əməliyyat uğurla başa çatıb. Xoşxassəli şiş tam şəkildə xaric edilib. Yeniyetmə sağalıb.//publika



REKLAM