sehiyye.info

Kişinin impotent olduğunu göstərən - İşarələr

Kişinin impotent olduğunu göstərən - İşarələr
Kişilərdə cinsi zəiflik (erektil disfunksiya) müasir dövrdə kifayət qədər yayılmış problemlərdən biridir. Tibbi olaraq bu vəziyyət kişinin cinsi əlaqə üçün kifayət qədər ereksiya əldə edə bilməməsi və ya onu saxlaya bilməməsi kimi izah edilir.

Bu problem müxtəlif səbəblərlə bağlı ola bilər: hormonal pozğunluqlar, ürək-damar problemləri, stress, psixoloji gərginlik və ya həyat tərzi faktorları.
Bir çox hallarda kişi bu problemi açıq şəkildə etiraf etmir.

Medicina.az xəbər verir ki, kişinin cinsi zəif olduğunu cinsi münasibətə qədər təxmin etmək olur, bu bəzən davranış və sözlərində müəyyən ipucları müşahidə oluna bilər. Bu ipucları hər zaman dəqiq diaqnoz demək deyil, lakin bəzi hallarda ehtimal yarada bilər.


1. Cinsi mövzudan Yayınmaq

Bəzi kişilər cinsi zəiflik problemi yaşadıqları zaman bu mövzudan danışmaqdan qaçmağa çalışırlar.

Belə hallarda kişi:
mövzunu dəyişir
zarafatla keçişdirir
yaxınlıq mövzusunu gecikdirir

Bu davranış bəzən özünə güvənin azalması ilə bağlı ola bilər.

2. Yaxınlıqdan davamlı qaçmaq

Cinsi zəiflik yaşayan bəzi kişilər emosional yaxınlıq olsa belə, fiziki yaxınlıqdan qaçmağa çalışa bilər.

Məsələn:
tez-tez yorğun olduğunu demək
iş və stress bəhanəsi gətirmək
tək qalmaqdan yayınmaq

Bu davranış bəzən uğursuzluq qorxusu ilə əlaqədar olur.

3. Özünü çox şişirtmək, tərifləmək

Bəzi hallarda kişi öz cinsi gücü haqqında həddindən artıq danışa və ya özünü müdafiə edə bilər.

Məsələn:
“Məndə heç bir problem yoxdur” kimi tez-tez vurğulamaq
başqalarının zəifliyini tənqid etmək
özünü sübut etməyə çalışmaq

Psixologiyada bu bəzən müdafiə mexanizmi kimi izah olunur.

4. Özünəinamın az olması

Cinsi zəiflik bəzən kişinin özünəinamına təsir edə bilər. Bu zaman aşağıdakı dəyişikliklər müşahidə oluna bilər:

özünü daha qapalı aparmaq
emosional gərginlik
aqressiv və ya əsəbi davranışlar göstərə bilər

5. Fiziki Sağlamlıq Problemləri

Erektil disfunksiya çox vaxt digər sağlamlıq problemləri ilə əlaqəli olur.
Xüsusilə aşağıdakı xəstəliklər riski artırır:

yüksək təzyiq
şəkərli diabet
ürək-damar xəstəlikləri
hormonal pozğunluqlar
piylənmə

Bu səbəbdən cinsi zəiflik bəzən orqanizmdə başqa problemlərin erkən siqnalı ola bilər.

6. Hər gün yorğun olmasını demək

Uzunmüddətli stress və psixoloji gərginlik kişi hormonlarına və cinsi funksiyaya təsir edə bilər.

Belə hallarda kişi tez-tez:
yorğun olduğunu demək
iş stresindən şikayət etmək
istirahətə ehtiyac duyduğunu vurğulamaq




Kişilərdə cinsi zəiflik həm fiziki, həm də psixoloji səbəblərlə bağlı ola bilər. Bəzən kişi bu problemi gizlətməyə çalışdığı üçün davranış və sözlərində müəyyən dəyişikliklər müşahidə edilə bilər. Lakin dəqiq nəticə əldə etmək üçün mütləq tibbi müayinə və mütəxəssis məsləhəti vacibdir.



REKLAM