sehiyye.info

"Bona Dea" məni məhkəməyə verdi - Qorxuram...

"Bona Dea" məni məhkəməyə verdi - Qorxuram...
Bakıda fəaliyyət göstərən Liv Bona Dea Hospitalının pasiyent, Əli və Nino Kitab Mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərliyə qarşı məhkəmə müraciətinə martın 4-də Nəsimi Rayon Məhkəməsində baxılacaq.


Sehiyye.info xəbər verir ki, bu barədə Nigar Köçərli sosial şəbəkə paylaşımında qeyd edib.



"Martın 4-də Nəsimi Rayon Məhkəməsində “Liv Bona Dea”nın mənə qarşı 222 395 manat təzminat tələb edən iddiasına baxılacaq. Məhkəməyə verilməyimə səbəb əməliyyatdan sonrakı münasibətdən narazı qalaraq şəxsi sosial şəbəkə hesabımda paylaşım etməyimdir. Bəli, 2 posta görə 222395 AZN təzminat.



Son günlər qohumlar, tanışlar mənə zəng edirlər, mesaj yazırlar, linklər atırlar və deyirlər: “Bilmirsən Liv Bona Dea Rövnəq Abdullayevindir?”



Dönə-dönə yazırlar: “Qorxmursan? Sən nə edirsən? Başını sal, işini gör.”



Səmimi etiraf edirəm — qorxuram. Rövnəq Abdullayevdən qorxuram. Ailəmə, uşaqlarıma görə qorxuram. İşimə görə qorxuram. Mənəvi cəhətdən çökmüş durumuma, fiziki ağrılar içində qovrulduğum üçün qorxuram…



Amma bu qorxu “Liv Bona Dea”da gördüyüm dəhşəti unutdurmur. Hətta indiki durumumda belə başa düşürəm ki, qorxu ədaləti məhv etmək gücündə deyil", - o qeyd edib.//bakupost



REKLAM