"Vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi əvvəlcədən ailəsinə verilməlidir" - Deputatdan TƏKLİF
![]()
Son illər müzakirə edilən məsələlərdən biri də vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə əvvəlcədən ödənilməsidir. Bununla bağlı Milli Məclisdə də müzakirələr aparılıb. Azərbaycanda vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə ödənilə bilərmi?
Sehiyye.info xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, ölən insanın pensiya kapitalının ailəsinə verilməsi məsələsi bir neçə dəfə Milli Məclisdə də qaldırıb:
.
"Bilirsiniz ki, əmək pensiyası alan şəxs vəfat etdikdə, onun pensiyası avtomatik dayandırılır. Amma bəzi hallarda həmin şəxsin ailə üzvləri və ya asılı olan şəxslər bu vəsaitdən müəyyən şərtlərlə istifadə edə bilirlər. Bu hal əsasən ailə başçısını itirmiş şəxslər, azyaşlı uşaqlar, əlillər və digər asılı şəxslər üçün nəzərdə tutulur. Bu prosesin hüquqi və inzibati tənzimlənməsi, əslində, vətəndaşların sosial təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesin hüquqi və inzibati tənzimlənməsi, əslində, vətəndaşların sosial təhlükəsizliyinin qorunması baxımından düşünürəm mühüm əhəmiyyətlidir".
Deputat vurğulayıb ki, vəfat edən pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə əvvəlcədən ödənilməsi vacibdir:
"Çünki bəzən bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün illərlə gözləməli olur. Ona görə də yaxşı olardı ki, vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi əvvəlcədən ailəsinə verilsin. Bu mexanizm daha ədalətli olar. Çünki insanlar illərdir işləyir və pensiya almasına bir neçə il qalmış vəfat edir. Yığılan pensiya kapitalından nə ailesi, nə də övladları yaralana bilmir. Ümumiyyətlə yaxşı olardı ki, ele bir sistem yaradılmalıdır ki, müəyyən yaşdan sonra insanlar pensiya kapitalından istifadə edə bilsin. Bu da özlüyündə
pensiya kapitalından səmərəli şəkildə istifadəyə gətirib çıxaracaq. Vətəndaşların pensiya kapitalına və yığımlara marağını artıracaq".