Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib (ÖZƏL)

"Respublika Sanitariya-Karantin Mərkəzi" Publik Hüquqi Şəxsin baş direktoru vəzifəsindən azad olunub.
Sehiyye.info xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Teymur Musayevin müvafiq əmri ilə Rüstəmov Aris Sədi oğlu vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə Məmmədov Famil Fazil oğlu "Respublika Sanitariya-Karantin Mərkəzi" Publik Hüquqi Şəxsinə yeni baş direktor əvəzi təyin olunub.