Nipah virusu nədir?

Hindistanın Qərbi Benqal ştatında yerli bir epidemiyadan sonra rəsmilər Nipah virusunun yayılmasını məhdudlaşdırmaq üçün intensiv səylər göstərirlər.
Ayın əvvəlində iki tibb işçisinin virus səbəbilə xəstəxanada müalicə olunmasından sonra təxminən 110 nəfər karantinə alınıb. Bu şəxslər xəstələrlə təmasda olublar, lakin sonradan aparılan testlər mənfi nəticə verib.
Adətən,ölümcül olan Nipah virusu heyvanlardan insanlara keçə bilir. Virusun hələ də nə peyvəndi, nə də müalicəsi var.
Dünya Səhiyyə Təşkilatı (ÜST) Nipah virusunu Ebola, Zika və Covid-19 ilə yanaşı, qlobal epidemiya yaratma potensialına görə araşdırılması prioritet olan xəstəliklər siyahısına daxil edib.
Virus nə qədər təhlükəlidir və hansı simptomları var?
Nipah virusu nədir?
Qoruyucu vasitələr geyinmiş səhiyyə işçiləri, Nipah virusuna yoluxmuş bir şəxslə təmasda olmuş insanları Hindistanın Kerala ştatındakı dövlət xəstəxanasının təcrid mərkəzinə köçürürlər, 14 sentyabr 2023-cü il Şəklin mənbəyi,AFP
Şəklin alt yazısı,Hindistan cənubdakı Kerala ştatında Nipah virusunun yayılmasının qarşısını almağa çalışır
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Nipah virusu infeksiyası donuz və meyvə yarasası kimi heyvanlardan insanlara ötürülən "heyvan mənşəli xəstəlikdir".
O, həmçinin çirklənmiş qida ilə və yoluxmuş şəxsdən də keçə bilər.
Xəstəliklər demək olar ki, hər il Asiyanın bəzi bölgələrində, ilk növbədə Banqladeş və Hindistanda baş verir.