sehiyye.info

Ölümündən sonra donor olmaq istəyənlərin sayı açıqlandı

Ölümündən sonra donor olmaq istəyənlərin sayı açıqlandı
"Hazırda Azərbaycanda minlərlə şəxsin orqana ehtiyacı var".

Oxu.Az xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masa çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, hazırda 4642 şəxs dializ olunur:

"Onların donor ola biləcək insanlara ehtiyacı var. Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra bu mexanizmlə donor olmaq istəyənlərin sayı 1200-ü keçib".
Digər xəbərdə deyilir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanda deputatlar arasında ürək donoru olmaq istəyənlər var:
“Ötən il Qafqazda və Azərbaycanda ilk dəfə uğurla həyata keçirilən ürək transplantasiyası əməliyyatından sonra ölkədə donor olmaq istəyənlərin sayı artıb. Bunların arasında Milli Məclisin deputatları da var”.
Komitə sədri əlavə edib ki, Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olan insan sayı çoxdur, əsas isə məsələ donorun tapılmasıdır.
Siz orqanlarınızı donor kimi ehtiyacı olan adama bağışlayardınızmı?



REKLAM