Uşaq beyni haqqında maraqlı faktlar

Bir uşağın beyni,5 yaşına çatmamış yetkin insan beyninin təxminən 90%-nə çatır.Psixologiya və sinir elmi göstərir ki,bu erkən illər niyə bütün həyata bu qədər güclü şəkildə təsir edir.
Sehiyye.ifo xəbər verir ki, bu barədə sosial şəbəkədə Cəmalə İsmayılova məlumat verib.
BU dövrdə beyin fövqəladə sürətlə sinir əlaqələri (neyron şəbəkələri) yaradır.Təcrübələrə,ətraf mühitə və emosional qarşılıqlı təsirlərə bağlı olaraq hər saniyə milyonlarla əlaqə qurulur.Bu sürətli inkişaf,beynin gələcək həyatda nə qədər səmərəli işləyəcəyinin təməlini qoyur.
Sinir elmi erkən uşaqlığın beynin “kabelləşdirildiyi” kritik bir pəncərə olduğunu göstərir.Bu illərdə beyin son dərəcə plastiktir,yəni təkrarlanan təcrübələrə tez uyğunlaşır.
Müntəzəm qayğı,emosional təhlükəsizlik,dillə təmas və qarşılıqlı ünsiyyət;öyrənmə,duyğuların tənzimlənməsi və problem həllinə aid sinir yollarını gücləndirir.
Buna qarşılıq,xroniki stress,laqeydlik və ya güvənsiz mühitlər inkişaf edən beyində stress sistemlərini həddindən artıq işə salaraq bu strukturları zəiflədə bilər.
Psixologiya beynin “istifadə et,ya da itir” prinsipi ilə işlədiyini də ortaya qoyur.
Tez-tez istifadə olunan əlaqələr güclənir və daha səmərəli olur,nadir istifadə olunanlar isə zamanla zəifləyib yox olur.Bu proses beynin daha nizamlı işləməsini təmin edir;lakin eyni zamanda erkən dövrdə formalaşan qəliblərin uzunmüddətli düşünmə tərzlərini,çətinliklərlə mübarizə strategiyalarını və diqqət vərdişlərini formalaşdırdığını göstərir.
Bu illər yalnız zəkanı müəyyən etmir.
Duyğuların idarə olunması,stresslə başa çıxma,diqqəti cəmləmə və münasibətlər qurma bacarıqları da böyük ölçüdə bu dövrdə formalaşır.Erkən təcrübələr,beynin “əməliyyat sisteminə edilən yeniləmələr” kimidir.
????Bu elmi bilmək,valideynlərin və baxıcıların mükəmməllik əvəzinə yetərli olmağa fokuslanmasına kömək edir.
İsti münasibət,oyun,söhbət və emosional dəstək bir lüks deyil;ömür boyu öyrənə bilən,uyğunlaşa bilən və inkişaf edən bir beyin üçün əsas tələblərdir.