sehiyye.info

Mikro robot böyrək daşlarını əridəcək.

Mikro robot böyrək daşlarını əridəcək.

Bildiyiniz kimi, böyrək ağrısı dəhşətlidir... Kanadadakı Waterloo Universitetinin alimləri böyrək daşı ağrılarını aradan qaldırmaq üçün inanılmaz bir texnologiya üzərində çalışır: yumşaq miniatür robotlar!
Bu robotlar robotik qol vasitəsilə sidik yollarına yeridilir və kənardan maqnitlə idarə olunaraq birbaşa böyrək daşının yanına yönləndirilir.
İçərisindəki xüsusi maye sayəsində sidiyin turşuluğunu azaldır və daşları bir neçə gün ərzində əridir.
Bu metodun əsas üstünlükləri odur ki, açıq əməliyyata ehtiyac olmur, ağrıları minimuma endirir.
Layihədə Kanada, İspaniya və Almaniyadan həkim və mühəndislər iştirak edir.
Tədqiqat artıq 3D printer ilə hazırlanmış sidik yolu modellərində uğurla sınaqdan keçirilib.
Növbəti mərhələdə böyük heyvanlarla testlər və real vaxt ultrasonla idarəetmə sistemi planlaşdırılır.
Tibbin gələcəyi mini robotlar üzərində qurulmağa davam edir.



REKLAM