Dabaq xəstəliyi qorxuludurmu ?

Dabaq virusu heyvanlardan insanlara keçə bilən xəstəlik olsa da, bu risk olduqca aşağıdır.
İnsanlar virusa xəstə heyvanlarla təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarından istifadə etdikdə yoluxa bilər.
Ona görə də, mütəxəssislər heyvan mənşəli qidaları yaxşı bişirməyi və daha sonra istifadə etməyi məsləhət görürlər.
Lakin virusun insandan insana yoluxma halı qeydə alınmayıb, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi saytında qeyd olunub.
Sehiyye.info xəbər verir ki, xəstəlik insanlarda titrəmə, baş və əzələ ağrıları ilə özünü biruzə verir.
Bu virusa yoluxmuş şəxslərdə temperatur 39-40 dərəcəyədək yüksəlir.
Yoluxmanın ilkin dövründə ağız boşluğunda yanma hissi, ağız suyu ifrazının artması, sidik ifrazatı zamanı ağrı və bağırsaqların funksiyasının pozulması baş verir.
Bundan əlavə, dabağa yoluxmuş insan əsəbi olur, danışmaqda və udqunmaqda çətinlik çəkir.
Xəstəlik ağırlaşmazsa, xəstə 5-7 gündən sonra sağalır.