Bağında qurd axtarırdı, xəzinə tapdı - Fotolar

İsveçdə bir adam bağında qurdlar və soxulcanlar axtararkən orta əsrlərə aid xəzinə ilə rastlaşıb.
Xeberpost.info xəbər verir ki, Stokholm ətrafında bir sakin qurdlar tapmaq üçün bağçasını qazıb və bu zaman yerin altında ağzına qədər gümüş sikkələr, üzüklər, kulonlar və boyunbağılarla dolu köhnə mis küp çıxıb. 6 kiloqram olan küpdə təxminən 20 min gümüş sikkə, mirvari, kulon və üzük olduğu müəyyən edilib.
.
"Live Science" nəşrinin yazdığına görə, bu, İsveç tarixinin bir hissəsini yenidən yaza bilməyə imkan verəcək.
Mütəxəssislər sikkələrin əksəriyyətinin 12-ci əsrə aid olduğunu müəyyən ediblər. Onların arasında Kral Knut Erikssonun (1173-1195) hakimiyyəti dövründə zəbt edilmiş və üzərində "KANUTUS" yazısı olan nadir nümunələr var. Küpdən yepiskopun təsvir olunduğu qeyri-adi sikkələr də var və bu sikkələr olduqca nadir hesab olunur.//olke