sehiyye.info

Payız depressiyasının əsas əlamətləri: Həkim xəbərdarlıq etdi

Payız depressiyasının əsas əlamətləri: Həkim xəbərdarlıq etdi
Hər payız və qışda apatiya, depressiya, qeyri-sağlam qidaya həvəs və yuxusuzluq yaranarsa, mövsümi affektiv pozğunluqdan – payız depressiyasından şübhələnmək olar.

Sehiyye.info xəbər verir ki, bu barədə nevroloq, tibb elmləri namizədi Yekaterina Demyanovskaya “RİA Novosti”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, payız-qış dövründə hər il təkrarlanan apatiya (insanın müəyyən hərəkətlərə, fəaliyyətlərə, hisslərə qarşı maraq və ya ehtiras göstərməməsi, laqeydlik və biganəlik halı), səbəbsiz kədər və depressiv hallar mövsümi pozğunluğun əlamətidir. Həkim əlavə edib ki, yuxu çatışmazlığı insanın maraqlarını azaldır, tez yorğunluq yaradır və gündəlik həyatdan həzz almağı çətinləşdirir.

Mütəxəssis xəbərdarlıq edib ki, bu dövrdə qeyri-sağlam qidalara qəfil istək və çəki artımı da xəstəliyin göstəricisi ola bilər.

Demyanovskayanın sözlərinə görə, ağır hallarda intihar düşüncələri meydana çıxa bilər. Xüsusilə artan narahatlıq, bipolyar pozğunluq, posttravmatik stress sindromu və digər psixi xəstəliklərdən əziyyət çəkən insanlar payız depressiyasına daha həssasdırlar.//publika



REKLAM