sehiyye.info

Həkim-oftalmoloq Cahid Şahbazov barəsində cinayət işi açılıb? - Vəkilindən AÇIQLAMA

Həkim-oftalmoloq Cahid Şahbazov barəsində cinayət işi açılıb? - Vəkilindən AÇIQLAMA
Vətəndaş Humay Əliyeva həkim-oftalmoloq C.Şahbazov barəsində cinayət işinin başlanılmasını ictimailəşdirməklə istintaqa mane olmağa cəhd edir".

Bunu Oxu.Az-a açıqlamasında C.Şahbazovun vəkili Asim Abbasov deyib.



O bildirib ki, cinayət işi fakt üzrə başlanıb:

"Cinayət işi fakta görə başlanıb, C.Şahbazov barəsində yox. Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılan iş üzrə Cahid Şahbazov hələ ki istintaqa cəlb olunmayıb. Cinayət işi isə 5 ay əvvəl başlanıb".

13:27

Tanınmış oftalmoloq Cahid Şahbazova cinayət işi açılması ilə bağlı məlumat yayılıb. Məlumata əsasən, vətəndaş Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda C.Şahbazov barəsində cinayət işi başlanılıb. Məlumatda qeyd olunub Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılan iş üzrə Cahid Şahbazov istintaqa cəlb olunub.

Oxu.Az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Cahid Şahbazovla əlaqə saxlamağa cəhd edib.

Suallarımızı oftalmoloqun özü yox, köməkçisi Gülər xanım cavablandırıb. O qeyd edib ki, yayılan məlumatlar reallığı əks etdirmir:

"Həkim özü açıqlama vermək istəmir, amma bunu bildirim ki, Cahid Şahbazova cinayət işi açılmayıb. Bu, doğru məlumat deyil. O xəbəri kim, niyə yazıb, bilmirik. Xəbəri kopiyalayıb yayırlar, amma dəqiqləşdirmirlər".

Məhərrəm Əliyev

12:22

Tanınmış oftalmoloq Cahid Şahbazova cinayət işi açılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, vətəndaş Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda C.Şahbazov barəsində cinayət işi başlanılıb.

Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılan iş üzrə Cahid Şahbazov istintaqa cəlb olunub.

Qeyd edək ki, vətəndaş Humay Əliyeva Axşam.az-a müraciət edərək, Cahid Şahbazov tərəfindən əməliyyat olunduğunu və müdaxilə nəticəsində gözünün görmə qabiliyyətini itirdiyini bildirmişdi. Onun sözlərinə görə, aparılan tibbi ekspertiza əməliyyatın uğursuz olduğunu təsdiqləyib.



REKLAM