sehiyye.info

Dəniz Klinikası haqqında biabırçı fakt

Dəniz Klinikası haqqında  biabırçı fakt
Neqativ məlumatlar paylaşmaması müqabilində, Qənirə Ataşovanın sponsorlarından olduğu bilinən Dəniz klinikasında bir neçə gün əvvəl şok hadisə yaşanmışdır.
Sehiyye.info xəbər verir ki, bu barədə mediaxeberleri facebook səhifəsində paylaşım edib.
Estetik əməluyyat üçün klinikaya müraciət edən Ruhanə Allahverdiyeva adlı bir xanım, əməliyyata ödəniş üçün 600 manatı çatmadığına görə, özünə məxsus olan qızıl-zinət əşyalarını girov qoymaq istəyib. Bu zaman Dəniz klinikasının təsisçisi özünün bu sahə üzrə peşəkarlaşan Fidan adlı adamını Ruhanə Allahverdiyevaya vəkil kimi təqdim edərək, “müqavilə” bağlayıblar və 8.000 manat ümumi dəyəri olan qızıl-zinət əşyalarını 600 manat qarşılığında götürüblər. Ruhanə xanımı Sadiq adlı həkim əməliyyat edib və əməliyyatdan sonra o 600 mantı gətirib klinikaya ödəyib öz qızıllarını istəyəndə şok xəbər eşidib. Sən demə, Dəniz klinikasının təsisçisi Ruhanə Allahverdiyevanın qızıllarını lombarda qoyub və 5000 manat pul götürüb. Ruhanə Allahverdiyeva dərhal polisə müraciət edib və hazırda Binəqədi rayon Polis idarəsində şikayət üzrə araşdırma aparılır.
Analoji hadisə təxminən 2016-cı ildə Araz Salmanov adlı cərrah tərəfindən də törədilmişdi. Həmin vaxt bu hadisə ölkədə geniş rezonans yaratmışdı.



REKLAM