Gürcüstandan əcnəbilərlə bağlı mühüm addım

Gürcüstan hökuməti əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirir.
Resmixeber.org Axar.az-a istinadla xəbər verir ki, bu barədə Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib.
Dəyişikliklərə əsasən, qaydaları pozan əcnəbilərə tətbiq olunan cərimələr artırılır, ölkədə qeyri-qanuni qalan şəxslərin çıxarılması prosesi isə sadələşdirilir.