sehiyye.info

Bu şəhərlərimizdə it dişləməsi ən yüksəkdir

Bu şəhərlərimizdə it dişləməsi ən yüksəkdir
TƏBİB-in nəzdindəki tibb müəssisələrində 2024-cü il ərzində itin dişləməsi və ya zərbəsi diaqnozu aşkarlanmış şəxslərin sayı 25 380 olub.

Sehiyye.info xəbər verir ki, bu barədə Bakupost.az-a TƏBİB-dən məlumat verilib.


Qeyd edilib ki, itin dişləməsi və ya zərbəsi səbəbilə ən çox müraciət edilən tibb müəssisələri Bakı Baş Səhiyyə Mərkəzi (3 539), Sabunçu Tibb Mərkəzi (1 616), Kliniki Tibbi Mərkəz (1 543), Bərdə Rayon Mərkəzi Xəstəxanası (1 142) olub.

Ən çox müraciətlər Bakı şəhərində, Şəki, Ağdaş, Salyan, Xaçmaz, Qazax, Tovuz, Zaqatala, Ağstafa, Qəbələ, Ucar, Beyləqan rayonlarında qeydə alınıb.



REKLAM