sehiyye.info

Cinsi güc üçün qidalanma

Cinsi güc üçün qidalanma
Hər bir kişinin arzusu – mükəmməl cinsi sağlamlığa malik olmaqdır. Qeyri-qənaətbəxş ekoloji mühit, sürətli həyat ritmi, daimi psixoloji pozuntular, stresslər kişilərin hətta ən sağlam nümayəndəsini belə sıradan çıxarmağa qadirdir. Cinsi imkanların pisləşməsi ilə əlaqədar olan neqativ nəticələrin qarşısnı almaq üçün xüsusi diqqəti kişilərin yeməyinə yönəltmək lazımdır. Cinsi gücü artıran artıran ərzaqlar mütləq qaydada burada təmsil edilməlidirlər. Cinsi gücü artırmaq üçün nə yemək lazımdır?

Kişinin cinsi sağlamlığını yaxşılaşdıra biləcək bir çox ərazaqlar mövcuddur. Bu siyahıdan olan adların gündəlik rasiona salınması cinsi zəiflik problemini dərman preparatlarına müraciət etmədən həll etməyə imkan verir.

Ət
Bu ərzaq əbəs yerə əsl kişi qidası hesab edilmir, mikroelementlərin və faydalı maddələrin bolluğu, ət məhsullarını potensiya problemləri zamanı əvəzsiz qidaya çevirir. Daha çox faydalılığı ilə mal əti və qoyun əti kimi qırmızı ətlər və pəhriz ətləri – dovşan, hind toyuğu, toyuqdan olan ərzaqlar fərqlənirlər. Nəzərə almaq vacibdir ki, gündəlik rasiona həddən artıq həcmdə ət daxil edilməsi əks təsir yarada bilər: orqanizm bütün gücünü bu həmin məhsulu həzm etməyə yönəldir ki, nəticədə onun seksual fəallığı və qabiliyyəti kəskin şəkildə aşağı düşür.

Balıq
Balıq yeməklərini həftədə iki dəfədən az olmayaraq yemək tövsiyyə edilir, onların tərkibində olan yod və fosfor seksual fəallığı yüksəldir və dəstəkləyir. Çay və dəniz balıqları arasında seçim etmək lazım gəldikdə üstünlüyü sonunculara vermək vermək lazımdır, belə ki, onlar daha çox faydalı maddələrlə zəngindirlər. Müalicə məqsədi ilə kürüdən də istifadə edilir, onun da tərkibində vitaminlərin və mikroelementlərin yüksək konsentrasiyası mövcuddur.

Qoz-fındıq
Gündəlik qoz qəbul edilməsi nəticəsində potensiya yüksəlir. Onların tərkibində çoxlu sayda E, B vitaminləri vardır, həm də sink və maqneziumla zəngindirlər, yəni, məhz həmin maddələrlə ki, onlar cinsiyyət sisteminə müalicəvi təsir göstərirlər. Bundan əlavə, qozların tərkibində arginin də var - bu maddə ereksiya üçün zəruridir.

Potensiya probleminin müalicə edilməsi üçün gündəlik rasiona müxtəlif növlər qozlar daxil edilir: fındıq, badam, araxis, yunan qozu və s. Onlardan hər biri unikal tərkibə və xüsusiyyətlərə malikdirlər, lakin hamısı orqanizmə eyni dərəcədə müsbət təsir göstərirlər. Maksimal faydanı çiy məhsullardan istifadə etmək verir.

Dəniz məhsulları
Dəniz məhsulları özlərini yaxşı afrodiziaklar kimi tanıda bilmişdirlər. Onların arasında xüsusi diqqəti və kişi rasionunda yeri xərçənglər, krevetlər, kalmarlar, midiyalar qazanmışdırlar. Onlar potensiyanı yaxşılaşdırır və spermanın artmasına kömək edir. Bu dəniz məhsullarının tərkibində bol miqdarda sink və selen olması ilə əlaqələndirilir.

Tərəvəzlər
Tərəvəzlər arasında xüsusi diqqətə soğan, kələm, kök, çuğundur, salat, kəhriz, turp, qulançar, bibər və sarımsaq layiqdirlər. Onlar orqanizmi potensiyanı yüksəldən zəruri vitaminlərlə zənginləşdirir, hormonal fona təsir göstərir, libido(cinsi istək) gücləndirirlər.

Bildirçin yumurtası
Bu potensiya problemi olan kişilər üçün əvəzedilməz məhsuldur. Onların gündəlik istifadə edilməsi seksual istəyi gücləndirir. Bu effektə bildirçin yumurtalarının tərkibində olan çoxsaylı faydalı maddələrin, xüsusilə də cinsi sistemin fəaliyyətində iştirak edən fosfor, dəmir, aminturşularının sayəsində nail olmaq mümkündür.

Meyvələr və giləmeyvələr
Təzə və qurudulmuş meyvələr və giləmeyvələr libidonu yüksəldir və seksual dözümlülüyü yaxşılaşdırırlar. Bu iddia xüsusilə bananlar, çiyələk, manqo, moruq, üzümə münasibətdə ədalətlidir. Həmin məhsullarda olan mikroelementlərin və vitaminlərin optimal tarazlığı kişini zəruri olan enerji ilə təmin edir və cinsiyyət hormonlarının emal edilməsini gücləndirir.//andrologiya



REKLAM