sehiyye.info

İnternet mərkəzləri ekologiyanı korlayır

İnternet mərkəzləri ekologiyanı korlayır
İnternet məlumatlarının həcminin sürətlə artması dünyada məlumat emalı mərkəzlərinə tələbatı artırır. Bu da öz növbəsində ekologiyaya öz mənfi təsirini gücləndirir. Buna səbəb isə kompüterlərin daha çox elektrik enerjisi və soyutma tələb etməsidir.

“GeSI” (Global e-Sustainability Initiative) təşkilatının məlumatına görə, məlumat emalı mərkəzlərinin atmosferə buraxdığı istixana tullantıları buraxılan ümumi karbonların 2%-ni təşkil edir və bu da aviasiya göstəricisinə uyğundur. Bununla yanaşı, hər iki halda karbon qazının buraxılmasının sürətli artımı müşahidə edilir.

Mütəxəssislərin hesablamalarına görə, “Gmail” poçt xidmətinin istifadəçisinin hər birinə görə atmosferə hər il təxminən 1,2 kq karbon dioksidi (CO2) buraxılır. “Facebook” istifadəçisinin hər birindən ekologiyaya dəyən zərər isə 269 qram CO2 qiymətləndirilir.

Bu xidmətlərin auditoriyasının geniş olmasını nəzərə alaraq onların tullantıları da çox olur. Məsələn, 2013-cü ildə “Google” şirkətinin karbon izi karbon qazına nisbətdə 1,76 milyon tonu ötüb. Karbon dioksidin çox hissəsi məlumat emalı mərkəzləri tərəfindən buraxılır.

Bununla əlaqədar “Apple” və “Google” kimi iri məlumat emalı mərkəzləri operatorları artıq bərpa olunan enerji mənbələrindən (günəş, külək) aktiv istifadəyə başlayıb.

Məlumatı Mincom.gov.az saytı “DailyComm”a istinadla yayıb.(Novator)



REKLAM