Tanınmış həkim- şair dünyasını dəyişdi
![]()
Tanınmış həkim Damət Kərimli vəfat edib.
Sehiyye.info xəbər verir ki,bu barədə mərhumun yaxınları məlumat verib.
Bildiriblər ki, D.Kərimli uzun sürən onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Damət Kərimli 1952-ci il mayın 8-də Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə Yardımlı rayon Sanitar Epidemiologiya Stansiyasında qida həkimi kimi başlayıb, sonra infeksionist-həkim işləyib. 1998-ci ildən isə X.Rəfıbəyli adına 2 saylı Bakı Baza Tibb məktəbində müəllim vəzifəsində çalışıb. D.Kərimli bədii yaradıcılıqla da məşğul olub, daha çox lirik, satirik şerlər, qəzəllər yazıb, bir neçə kitabın müəllifidir. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.//bakupost