Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir.
Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cinsi fəaliyyətin normada olmasının bir kişinin sağlamlığı, psixoloji durumu üçün önəmini söyləməyə isə yəqin ki, ehtiyac yoxdur. Ona görə bu problemi zamanında aradan qaldırmaq vacibdir.
Leyla Şıxlinskaya klinikasının həkim-androloqu Bəhruz Ağayev Modern.az-a müsahibəsində son dövrlərdə cinsi zəiflik hallarının daha çox artdığını söylədi.
Kişidə qadın hormonlarının miqdarı artarsa...
“Cinsi zəiflik kişidə cinsi akta həvəsin olmaması, onu arzuladığı müddətdə davam etdirə bilməməsi ilə müşahidə olunur. Əvvəlki performansı aşağı düşür, əlaqə müddəti azalır, erkən boşalma halları baş verir və ya ereksiya baş vermir. Bəzi hallar da olur ki, psixoloji olaraq cinsi əlaqəyə həvəs var, amma ereksiya baş vermir və cinsi əlaqədə ola bilmir. Cinsi zəifliyin səbəbləri müxtəlifdir. Neyrogen cinsi zəiflik işemik insult, onurğa, kəllə-beyin travması almış şəxslərdə rast gəlinir. Sinir mənşəli pozğunluqlarla bağlı cinsi zəiflik olur. Hormonal mənşəli cinsi zəiflik də var. Bildiyimiz kimi, kişilərdə testesteron deyilən kişi hormonları ilə yanaşı, qadın cinsi hormonları da var. Bəzi insanlarda endokrin pozuntular nəticəsində bu hormonların da balansı pozulur. Bunlar arasındakı balans, nisbət pozulanda isə kişidə qadın cinsi hormonlarının və prolaktinin yüksəlməsi fonunda cinsi zəiflik özünü göstərir.Partnyorunun yanında “başıaşağı” olanlar...
Bəzi problemlərin dilə gətirilmədiyi, bunu açıb-ağartmaq ayıbdır düşüncəsinin hökm sürdüyü bir cəmiyyətdə yaşayırıq. Bəs, görəsən, kişilər cinsi zəifliklə bağlı rahat şəkildə həkimə müraciət edirlərmi?
“Hazırda cinsi zəifliklə bağlı müraciətlərin sayı çox artıb. Xüsusən də psixogen mənşəli cinsi zəifliklə müraciət edən pasiyentlər daha çox olur. Bu da cəmiyyətdə baş verən hadisələrdən, gənclərin həyat tərzindən də asılıdır. Həmçinin ekoloji problemlər, qidalanma, iş rejimi də bu gün cinsi zəifliklə bağlı müraciətlərin həddən artıq çoxalmasına səbəb olur. Bəzi pasiyentlər isə özünə sığışdırmır, ya da utanır həkimə müraciət etməyi. Amma müəyyən müddətdən sonra çarəsini tapmadığı üçün, partnyorunun yanında “başıaşağı” olmamaq üçün məcbur gəlir həkimə. Bir çox xəstəliklərdə, patologiyalarda erkən diaqnoz çox önəmlidir. Cinsi zəifliklə bağlı da eyni vəziyyətdir. Bu problemin üstünə nə qədər erkən düşülərsə, vaxtında müalicə olunarsa, bir o qədər yaxşı nəticə alınar. Gecikdirildikcə həm psixoloji olaraq, həm də xəstəlik olaraq vəziyyət daha da dərinləşir. Psixoloji olaraq özünəgüvən itir. Travma aldıqları üçün bir “birdən yenə də alınmaz” qorxusu ilə tamamilə cinsi əlaqədən uzaqlaşır..
Cinsi fəaliyyət qabiliyyəti hansı yaşda tamamilə bitir?
Androloq cinsi aktın tamamilə bitməsinin də insandan-insana dəyişdiyini vurğulayır: "Bir də baxırsan 70-75 yaşı var, prostatdan əməliyyata gəlir, normal cinsi həvəsi də var, əlaqə də yaşaya bilir. Hətta 80 yaşında da cinsi əlaqədə ola bilən kişilər var. Bəzən isə insanlar olur ki, 55-60 yaşdan sonra, ümumiyyətlə, cinsi aktın olmamasından şikayətlənirlər. Bu, orqanizmin fizioloji xüsusiyyətlərindən asılıdır. Orta hesabla isə cinsi aktın tamamilə bitməsi halları 55 yaşdan yuxarı götürülür. Ümumiyyətlə, yaş artdıqca gənc yaşlara baxanda cinsi həvəs zəifləyir. Bu da yaşla bağlı orqanizmdə baş verən dəyişikliklərdən, testesteronun miqdarının aşağı düşməsindən və sair səbəblərdən qaynaqlanır. Bəzən elə hallar da olur ki, müalicənin, dava-dərmanın heç bir köməyi olmur. Məsələn, damar mənşəli cinsi zəifliyin bəzi formaları var ki, məsələn, cinsiyyət orqanında arterial qan təchizatının tamamilə itməsi, bu, müalicə olunmur. Bu zaman cərrahi üsullara müraciət olunur, implant qoyulur. Post travmatik hallarda da yalnız cərrahi üsul tələb oluna bilər. İnsanda psixoloji olaraq cinsi akta həvəs varsa, amma erkesiya baş vermirsə, bu, impotensiyadır”.