Uşaqlara sağlam gələcək bəxş edir
![]()
“Səhiyyə bizim müqəddəs sahələrindən biridir. Bu sahədə çalışan insanlar çox şərəfli insanlardır”.
Heydər Əliyev
Həkimlik sənəti şərəfli olduğu qədər də məsuliyyətlidir. Bu sənət sahibləri həmişə narahat, qayğılı olur. Şirin-şəkər balaların, körpə fidanların
sağlamlığını bərpa etmək, onları həyata qaytarmaq, yaşamağa ümid vermək hər həkimin müqəddəs vəzifəsidir. Tanınmış uşaq pediatrı Xumar Hüseynova da saf, gözəl qəlbi, uşaqlara qarşı hümanist məhəbbəti, qayğısı ilə tanınan ziyalı pediatrlardandır. Analar və uşaqlar onu hədsiz məhəbbətlə sevirlər. Xumar xanım deyir ki, pediatrın biliyi, savadı ilə bərabər, balaca körpə fidanlarla xoş sözü, rəftarı da uşaqların sağalmasına, şəfa
tapmasına müsbət təsir göstərir. Ona görə də o. üzərində daima çalışır, öyrənir, xəstəxanadakı təcrübəsini nümunəvi şəkildə qurur. Pediatriya uşaqlara məxsus bütün xəstəliklərin diaqnostika, müalicəsini həyata keçirən tibb sahəsidir. Pediatr isə uşaq və yeniyetmələrin sağlamlığının keşiyində duran şəxsdir.
Xumar xanım məhz ixtisaslaşmış kadr kimi bu sahədə şərəflə xidmət göstərir. Peşəkar pediatr kimi bir çox uşaq xəstəliklərinin müayinə və müalicəsi ilə məşğul olur. Xumar xanım nəinki körpə fidanların, valideynlərin, çalışdığı kollektivin də dərinhörmətini və rəğbətini qazanıb. Yüzlərlə uşaqları çətin xəstəliklərdən xilas edib. Əllərinin şəfası, ürəyinin hərarəti, üzünün şəfqəti, nuru ilə körpə balaların sağlamlığıın mühafizəsilə bağlı tibbi müalicə işlərini müasir tələblər səviyyəsinddə həyata keçirən Xumar Hseynovanı respublikanın hər yerində tanıyırlar. Təmənnasız xidmətlərinə, yüksək mənəvi keyfiyyərləinə görə də böyük nüfuz qazanıb. Söz düşəndə deyir ki, mən öz səadətimi, xoşbəxtliyimi sevib-seçdiyimsənətin müqəddəsliyində, körpə fidanların sağalaraq təbəssümə qovuşmalarında tapmışam.Uşaqlar ağ xalatlı həkim görən kimi çox vaxt ağlayırlar. Amma uşaq pediatrı Xumar xanımın adını eşitdikdə uşaqlar onun yanına getmək üçün özlərini həvəslə hazırlayırlar. O, həkimliklə yanaşı həm də uşaqların sevimli dostudur. Nəcib, sadə, səmimi duyğularla yaşayan həkimin çalışdığı müəssisədə olarkən də bunun bir daha şahidi oldum. Şahidi oldum ki, təvazökarlığı ilə çoxlarından fərqlənir. Anaların və şəfa tapan uşaqların sevinci, şən səsi məni valeh etdi. Hər bir xeyirxahlığını özünün mənəvi borcu bilir Xumar xanım.
Çox sevindirici haldır ki. uşaqlarımızın sağlamlığnın keşiyində Xumar xanım kimi xeyirxah, nəcib, peşəkar, gülərüz bir pediatr dayanır.
Qəlbi çiçəklərdən, güllərdən təmiz,
Bizə həmdəm olan mehriban həkim.
Dərmanın çox acı olsa da sənin,
Verirsən sən dərdlərə dərman həkim.
Bu kövrək sətirlər bütün varlığı, qəlbi, istək və arzuları ilə müstəqil respublikamızın tərəqqisinıə, uşaqların xoşbəxtliyi, sağlamlığı üçün çalışan Xumar
xanımın mənalı həyatına həsr olunub. Yüksək həkimlik fəaliyyəti, gözəl mənəvi keyfiyyərləri ilə tanınan Xumar Hüseynovaya şərəfli və müqqəddəs peşəsində uğurlar diləyir, daim uşaqlara sağlamlıq, xoş təbəssüm, sevinc bəxş etməyi arzulaylırıq.
Nisə Rzayeva