Qışda immuniteti gücləndirməyin yolları - Bu qidalar süfrələrinizdə olsun
Qış aylarında xəstəliklərdən qorunmaq üçün immunitet sistemini gücləndirmək vacibdir. Mütəxəssislər qidalanmaya diqqət yetirərək, immunitet sistemini dəstəkləyən və orqanizmin müqavimətini artıran tövsiyələr təqdim edirlər.
Sehiyye.info xəbər verir ki, immunitet sisteminin zəifləməməsi üçün ilk növbədə düzgün olmayan həyat tərzindən uzaq durmaq lazımdır.
Səhv qidalanma, hərəkətsizlik, siqaret, yuxu rejiminin pozulması və stress immuniteti zəiflədən əsas amillərdir.
Şəkərli və işlənmiş məhsullar, qızartmalar və qatqı maddələri olan qidaları minimuma endirin. Bunun əvəzində süd məhsulları, ət, tərəvəz, meyvə və tam taxıllardan ibarət balanslı pəhriz tətbiq edin.
Antioksidanlarla zəngin olan soğan və sarımsağı rasionunuza daxil edin. Həmçinin brokoli, kələm, nar, portağal kimi tərəvəz və meyvələr də immuniteti dəstəkləyir. Yeməklərin yanında zeytun yağı və sirkəli salat yeyin.
Arılar tərəfindən hazırlanan propolis immuniteti gücləndirir. Ancaq istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Zərdəçal, xüsusən qara bibərlə birgə istifadə edildikdə immunitet sistemini aktivləşdirir. Şorbalara əlavə edərək faydasını artırın.
Yaşıl çay, adaçayı, zəncəfil, itburnu və reyhan çayları immuniteti dəstəkləyir. Bal və mixəklə qarışdıraraq gündə 2 fincan içmək faydalıdır.
Balıq, qoz kimi omega-3 mənbələri və proteinlə zəngin olan qidalar (ət, balıq, yumurta) immuniteti gücləndirir.
Toksinlərin bədəndən atılması və maddələr mübadiləsini sürətləndirmək üçün kifayət qədər su içmək lazımdır.
Yoğurt, kefir, turşu və təbii sirkə kimi məhsullar bağırsaq florasını yaxşılaşdırır, bu da immunitetin güclənməsinə səbəb olur.//teleqraf