Eyni gündə iki dəfə ölən ADAM
İstanbulda 80 yaşlı kişi dəfn mərasimi zamanı gözlənilmədən canlanıb.
Arasdırma.info xəbər verir ki, hadisə İstanbuldakı məsciddə 80 yaşlı Halita Baişin cənazə namazından əvvəl baş verib. NTV telekanalı xəbər verir ki, toplaşanlar həkimləri çağırıblar və onlar kişinin nəbzini hiss ediblər.
“Tabutun üstünə əyilib qulaq asdım - xırıltı eşitdim. Buna görə də təcili yardım çağırdılar”, - deyə Türkiyənin Ayvansaray rayon rəhbəri Qalip Akçay izah edib.
Həkimlər dərhal kişiyə ürək masajı edib və onu xəstəxanaya aparıblar. Təəssüf ki, o, orada dünyasını dəyişib.//ajans