sehiyye.info

60 yaşdan sonra boşanmalara səbəb nədir? – VİDEO

60 yaşdan sonra boşanmalara səbəb nədir? – VİDEO
60 yaşdan sonra boşanan şəxslərin sayı açıqlanıb.

Sehiyye.info bildirir ki,Xezerxeber.az-ın xəbərinə görə, belə ki, ötən il Azərbaycanda 21 min 688 boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 60 və daha yuxarı yaş qrupundan olan kişilərdə 693, 54-59 yaş qrupundan olan kişilərdə 723, 50-54 yaş qrupundan olan kişilərdə isə 1111 boşanma halı qeydə alınıb.

50-54 yaş aralağında olan qadınların boşanma sayı 699, 54-59 yaş qrupundan olan qadınlarda 418, 60 yaş və yuxarı yaşdakı qadınların boşanma sayı isə 366-dır.

Maraqlıdır ki, bəs yaşlı insanların boşanmasına nə səbəb olur?

Psixoloq Gülər Məmmədova deyir ki, bu yaş qrupunda olan ailələrdə boşanmaya səbəb vaxtı ilə ailədaxili münasibətlərdə yaranmış çatlardır.

Qeyd edək ki, ən çox boşanma sayı 5 ilə qədər evli qadınlar arasında baş verib.




REKLAM