sehiyye.info

Cinsi yolla keçən yeni xəstəlik: “Tənbəl qızdırması”

Cinsi yolla keçən yeni xəstəlik: “Tənbəl qızdırması”
Bu yaxınlarda aparılan araşdırma az öyrənilmiş xəstəlik olan "Oropuş virusu"nun, həmçinin "tənbəl qızdırması"nın cinsi əlaqə yolu ilə ötürülə biləcəyini ortaya qoyub.
Sehiyye.infoi xəbər verir ki, bu barədə "The Sun"da material yer alıb.

Qeyd olunur ki, "Oropuş virusu" Latın Amerikasında uzun müddətdir məlum olduğu halda, Avropada 2024-cü ilin yayında aşkar edilib. Tipik olaraq, bu virus ağcaqanad dişləmələri ilə ötürülür. Bununla belə, tədqiqatçılar bu yaxınlarda xəstəliyin əlamətlərini 42 yaşlı bir kişinin spermasında da aşkar ediblər.

Materialda vurğulanır ki, bu virusun yaratdığı xəstəliklər çox vaxt yüngül formada olur. Onlar baş ağrısı, bədən ağrıları, səpgi və işığa həssaslıqla müşayiət olunur. İshal və ürəkbulanma da baş verə bilər. Ancaq xəstəliyin ağır inkişafı ilə menenjit və ensefalit kimi ağırlaşmalarının olması da mümkündür.//publika



REKLAM