sehiyye.info

Şəhidlər xiyabanına qırmızı paltarda gələn baş həkimə yeni vəzifə verildi

Şəhidlər xiyabanına qırmızı paltarda gələn baş həkimə yeni  vəzifə verildi
Abşeron Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mehriban Qaralovaya yeni vəzifə verilib.
Sehiyye.info qaynarinfo-ya istinadla xəbər verir ki, müvafiq əmrlə Mehriban Qaralova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Xocasən Sağlamlıq Mərkəzinin direktoru təyin olunub.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilən Mehriban Qaralova uzun müddət işsiz qalıb. Mehriban Qaralova sabiq baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.
Xatırladırıq ki,adı çəkilən baş həkim Şəhidlər Xiyabanına qırmızı paltarda gəlməsiylə gündəm olmuşdu.



REKLAM