Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
Cirə bir çox yeməklərə, xüsusilə şorbalara ləzzət qatan şəfalı ədviyyatdır. O, ödəmi atır, qaz problemini həll edir, balla yeyildikdə ana südünü artırır. Bu ədviyyatı qatıqla qarışdırıb yemək isə ikiqat xeyirdir.
Publika.az xəbər verir ki, türkiyəli dietoloq Selahattin Dönmez cirənin faydalarından danışıb. O bildirib ki, cirə xüsusi aromatik dadı və unikal ətri olan ən qədim ədviyyatlardan biridir.
Cirənin vətəni Aralıq dənizi bölgəsi və Asiyanın qərb hissələri olsa da, əsrlərdir qədim yunan, Roma və Yaxın Şərq mətbəxlərində istifadə edilib. Avropada cirə çörək, pendir, biskvit və bir çox qənnadı məhsullarına cirə əlavə edilir. Orta əsrlərdən etibarən cirə Avropada sevgi və sədaqətin simvolu kimi qəbul edilib.
Bu ədviyyatı qatığa əlavə edib yesəniz...Cirə həzm problemlərini aradan qaldırır və dərhal təsiri göstərir. Bu xüsusiyyəti sayəsində yeməkdən sonra yaşanan həzm probleminin qarşını ala bilərsiniz. Yağların həzm prosesini sürətləndirən cirə artıq çəkinin yaranmasına mane olur.
Bundan əlavə, cirə fitoestrogen tərkibi sayəsində sidik yolu ilə kalsiumun atılmasını azaldıraq sümüklərin güclənməsinə kömək edir.
Bioloji cəhətdən aktiv tərkibli cirə diabet və diabet formalaşmasında iştirak edən fermentləri məhv edərək insulini balansda saxlayır. Beləliklə, qlükoza səviyyəsinə nəzarət edir. Diabet xəstələri cirəni demək olar ki, istənilən yeməklərdən istifadə edə bilərlər.
Bu ədviyyatı qatığa əlavə edib yesəniz...Cirə A, B, C, E vitaminləri, sink və seleniumun kimi zəngin tərkibi sayəsində saç və dəri sağlamlığını qoruyur. Fosfor isə sızanaq, dırnaq kimi problemləri aradan qaldırmağa kömək edir. Xüsusilə cirəli kremlərdəki güclü antioksidant sayılan E vitamini dərini yumşaldır. E vitamininin dezinfeksiya edici və antimikrob xüsusiyyətləri dəri ləkələrinin meydana gəlməsinə qarşı qoruyucu təsir yaradır.
Antioksidant təsir
Cirə bədənə zərər verən sərbəst radikallarla mübarizə aparan flavonoidlər və polifenol birləşmələrini ehtiva edir. Cirənin antioksidan təsiri sarıkök və qara bibər ilə birləşdiyi zaman iltihaba qarşı qalxan rolunu yaradır. Beləliklə, hipertoniya, 2-ci tip diabet, osteoporoz və alzheymer xəstəliyindən müdafiə edir.
Bu ədviyyatı qatığa əlavə edib yesəniz...Dietoloq yekun olaraq bildirib ki, cirəni pendir və qatığa əlavə etmək ikiqat xeyirdir. Lakin ciddi hipoqlikemiyanız varsa, qan laxtalandırıcı dərman içirsinizsə və ya yaxınlarda əməliyyat olunmalısınızsa, cirə istifadəsində ehtiyatlı olun. Çünki cirə qan dövranını həddən artıq artıra bilir.
Cirə çayı
Bu ədviyyatı qatığa əlavə edib yesəniz...İnqrediyentlər:
1 çay qaşığı cirə toxumu
1 çay qaşığı şüyüd toxunu
5 ədəd mixək
Yarım limon
Hazırlanması:
Bütün ədviyyatları isti suya əlvə edib 3 dəqiqə dəmləyin. Sonra ona yarım limon sıxın. Bu çay yağların yandırılma prosesini sürətləndirdiyi üçün əsas yeməkdən sonra bir stəkan içmək kifayətdir.