sehiyye.info

Həkim səhlənkarlığına görə məsuliyyət.

Həkim səhlənkarlığına görə məsuliyyət.
Son zamanlar həkim səhlənkarlığı ilə bağlı məhkəmələrdə mülki və cinayət işlərinin sayı xeyli dərəcədə artmışdır.

Vəziyyət elə gətirmişdir ki, xəstəxanaya müraciət etdiyiniz zaman həmişə lazimi tibbi yardımın ala biləcəyinizə əmin ola bilmirsiniz.

Həkim səhlankarlığı tibbi işçi tərəfindən qərəzli şəkildə öz üzərinə düşən vəzifələrin icra edilməməsinə görə ona müraciət edən şəxsin zərər yetirilməsidir. Həkim səhlənkarığı yalnız həkimin səhfindən ibarət deyil, həmçiin həkimin xəstə ilə bağlı lazımi tibbi prosedurları həyata keçirməməsindən, xəstəni vaxtında müayinə etməməsindən və onu xəstəxanaya yerləşdirməməməsindən ibarətdir.

Həkim işində yol verdiyi səhlənkarlığına görə hansı məsuliyyətə cəlb oluna bilinər?
Həkim işində yol verdiyi səhlənkarlığına görə müəssisə daxili intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilə bilinər.
Həkimlərin sahlankarlıqlarının bəziləri bunlardır:

Həkim xəstənin şikayətlərinə diqqətsiz yanaşır ki, bu da səhv diaqnoza və səmərəsiz müalicəyə səbəb olur.

Reabilitasiya dövründə həkim xəstənin vəziyyətinə diqqətsiz yanaşır və bu da xəstənin səhətində ağırlaşmalara və ya xəstəliyin təkrarlanmasına səbəb olur

Həkim tibb sirini yayır olsun və ya tibbi etikanı güdmür.

Müalicə müəyyən edilmiş müalicə müddətindən əvvəl başa çatdırıldığl üçün ağırlaşdırıcı fəsadlara səbəb oldur

İstənilən həkim peşəkar vəzifələri müəyyən edilmiş bir vəzifəli şəxsdir. Əgər həkim tərəfindən qəbul edilmiş qərar xəstənin səhətinə ciddi zərər vurmuş və ya onun ölümünə səbəb olmuşsa bu cinayət tərkibinin əmələ gəlməsi üçün əsas ola bilər.

Lakin həkimin səhlənkarlığının sübuta yetirilməsi üçün dəqiq səbəbli əlaqə olmaldır, çünki qeyrimüəyyənlik olduğu halda tibbi heyyət məsuliyyətdən azad olur bu halda baş vermiş hadisə tibbi risk kimi qiymətləndirilir.



REKLAM