9 yaşlı uşaq əməliyyatda öldü.
Bakıda əməliyyat olunan azyaşlı xəstəxanada ölüb.
Sehiyye.info xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib.
Boğazından əməliyyat olunan 9 yaşlı Sevinc vəfat edib
Əməliyyat sentyabrın 15-də Bakıda yerləşən 2 saylı Uşaq Xəstəxanasında baş tutub.
Lənkəranın Separadi kənd sakini olan Sevinc Əzimzadə əməliyyatdan bir gün sonra evə buraxılıb.
Daha sonra vəziyyəti pisləşən azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Məlumata görə, Sevinc Əzimzadə qanaxma, hemoragik şok, əməliyyatdan sonrakı vəziyyət diaqnozu ilə xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.
Rayon Xəstəxanasında müxtəlif tədbirlərin görülməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.