sehiyye.info

Möcüzə əməliyyat sayəsində həyatı dəyişdi

Möcüzə əməliyyat sayəsində həyatı dəyişdi
İngiltərədə yaşayan David Cames Saves 10 yaşında olarkən qarşılaşdığı xəstəliyə keçirdiyi əməliyyat sayəsində qalib gəlib.

Sehiyye.info Metbuat.aza istinadla bildirir ki, Camesin sinə bölgəsi deformasiya səbəbilə bədəninin içinə doğru basılaraq böyüməyə başlayıb.
İllərlə yaşadığı bu sağlamlıq problemi Davidin özünü pis hiss etməsinə və sosial münasibətlərdə çətinlik çəkməsinə səbəb olub. David 12 yaşında olarkən tibbdə “pectus excavatum” adlanan bu xəstəliyi müalicə etmək üçün əməliyyat olunub.

Sinə taxtasına platin yerləşdirilən Davidin döş qəfəsinin hər iki tərəfi tellə birləşdirilib. Beləliklə sinə bölgəsindəki sümüklərin düzgün şəkildə inkişafı təmin olunub. Sinə hissəsinə yerləşdirilən platin qabırğalara təzyiq göstərdiyi üçün David uzun bir müddət sinə bölgəsində ciddi ağrılar hiss edib.

Müalicə prosesində David şiddətli ağrılar çəksə də hazırda o, gözəl bədən quruluşu sayəsində modellik agentliklərinin diqərini cəlb edir. Məşhur alt paltar və geyim markaları ilə işləyən David hekayəsini hər kəsə ilham verməsi üçün sosial media hesabında paylaşıb.

Hazıda 25 yaşında olan David “əməliyyat olunmasaydım moda sahəsində karyera qura bilməzdim” deyə bildirib.
Möcüzə əməliyyat sayəsində həyatı dəyişdi



REKLAM