sehiyye.info

Övlad dünyaya gətirən qadınları canından edən həkim Saniyə Məmmədova ÖLDÜ

Övlad dünyaya gətirən qadınları canından edən həkim Saniyə Məmmədova ÖLDÜ
2018-ci ildə Şəkidə qeysəriyyə əməliyyatından sonra 31 yaşlı Türkan Məmmədovanın vəfatına görə barəsində cinayət işi açılmış və həbs edilmiş ginekoloq, Şəki Regional Perinatal Mərkəzinin Hamiləliyin patologiyası şöbəsinin müdiri Saniyə Məmmədova vəfat edib.

Sehiyye.info xəbər veroir ki,publika.az-ın əldə etdiyi məlumata görə, həmin vaxt Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 311 (rüşvət alma) maddələri ilə təqsirləndirilmiş həkim 64 yaşında dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etməsi bildirilib.

Həmçinin qeyd edilib ki, Saniyə Məmmədovanın barəsindəki 6 illik həbs cəzası sonradan dəyişdirilib və o, vaxtından tez azadlığa buraxılıb. Bundan sonra o, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsində həkim-mama-ginekoloq olaraq işləməyə davam edib.

Xatırladaq ki, 2018-ci il mart ayının 28-də Şəki Şəhər Regional Perinatal Mərkəzində xəstə Məmmədova Türkan İlham qızı qeysəriyyə əməliyyatı zamanı çoxlu qan itirməsi nəticəsində 3 gün sonra dünyasını dəyişib. 1987-ci il təvəllüdlü Türkan Məmmədova mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda, mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Saniyə Məmmədova tərəfindən əməliyyat olunub.

Əməliyyatdan bir müddət sonra xəstədə qanaxma baş verib, əməliyyat zamanı xəstənin damarı zədələnib. O, qanaxması dayanmadığına görə yenidən əməliyyata alınıb. Daha sonra Bakıdan həkim briqadası gəlib və xəstə üçüncü dəfə əməliyyat olunub. Ancaq bu əməliyyatın da bir faydası olmayıb. İstintaqla sübut olunub ki, Türkan Məmmədova həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib. Həmçinin müəyyən olunub ki, bu, Saniyə Məmmədovanın ölümlə nəticələnən birinci əməliyyatı deyil.



REKLAM